background cover of music playing
Ölüm Haqdır - Amina

Ölüm Haqdır

Amina

00:00

03:49

Similar recommendations

Lyric

Günlərin bir günü dünya verəcək badə məni

Bir adam görməyəcək bir də bu dünyada məni

Mən ölərkən eşidib halıma düşmən güləcək

Görəsən, dərdə batan yazıq anam neyləyəcək?

Nə yarım axtaracaq, "haradadır, yarım?" deyəcək

Nə də bir can dediyim kəs salacaq yada məni

Günlərin bir günü dünya verəcək badə məni

Günlərin bir günü dünya verəcək badə məni

Bir adam görməyəcək bir də bu dünyada məni

Bir adam görməyəcək bir də bu dünyada məni

Eybi yox, qoy mən ölüm, siz qalasız sağ, dostlar

Dost deyib qəlbimə çox çəkdi dağ alçaq dostlar

Həmi yaltaq, həmi satqın, həmi qorxaq dostlar

Gördülər hər zaman aldanmağa amadə məni

Günlərin bir günü dünya verəcək badə məni

Günlərin bir günü dünya verəcək badə məni

Bir adam görməyəcək bir də bu dünyada məni

Bir adam görməyəcək bir də bu dünyada məni

Sən, ilahi, məni nadanlara bənzətməmisən

Üzü insan, içi şeytanlara bənzətməmisən

O təkəbbür dolu insanlara bənzətməmisən

Yenə min şükr ola xəlq eyləmisən sadə məni

Günlərin bir günü dünya verəcək badə məni

Günlərin bir günü dünya verəcək badə məni

Bir adam görməyəcək bu dünyada məni

Bir adam görməyəcək

Varlığımçün darıxanlar məni xatırlasalar

Yad edərlər bu nəqəratdakı misrada məni

- It's already the end -