background cover of music playing
Sən Olmasan - Almaxanım

Sən Olmasan

Almaxanım

00:00

03:33

Song Introduction

Hal-hazırda bu mahnı haqqında məlumat yoxdur.

Similar recommendations

Lyric

Gəl, alma gözlərini sənə baxan bu gözlərimdən

İcazə ver, baxışın nəfəs almağa səbəb olsun

Qələmin məndən yazsın, yaşayım sözlərində

Yazılan sətrlərin, qaranlığıma səhər olsun

Bəlkə də belə bilmirsən səni necə sevdiyimi

Bax üzümə, görəcəksən sən sevginin izlərini

Ürəyim dolub, daşır; yaxşı bax və düşün, daşın

Elə belə bilib keçmə sənə var olan hislərimi

Neylərəm dünyanı sən olmasan yanımda?

De, neylərəm axtarıb sevgi yollarında?

Gözlərəm yorulmadan; neylərəm sən olmadan

Bu dünyada, sənlə bir ömrüm eşqlə doymadan?

Neylərəm dünyanı sən olmasan yanımda?

De, neylərəm axtarıb sevgi yollarında?

Gözlərəm yorulmadan; neylərəm sən olmadan

Bu dünyada, sənlə bir ömrüm eşqlə doymadan?

Qoyma, sönsün bu qəlbimin səninlə alovları

Yaşamağı sən öyrət mənə, həyatı narın-narın

Qorusun qanadların eşq önündə ayaqyalın

Qaçaram sənin ürəyinə; mən yarımam, sənin yarın

Bəlkə də belə bilmirsən səni necə sevdiyimi

Bax üzümə, görəcəksən sən sevginin izlərini

Ürəyim dolub, daşır; yaxşı bax və düşün, daşın

Elə belə bilib keçmə sənə var olan hislərimi

Neylərəm dünyanı sən olmasan yanımda?

De, neylərəm axtarıb sevgi yollarında?

Gözlərəm yorulmadan; neylərəm sən olmadan

Bu dünyada, sənlə bir ömrüm eşqlə doymadan?

Neylərəm dünyanı sən olmasan yanımda?

De, neylərəm axtarıb sevgi yollarında?

Gözlərəm yorulmadan; neylərəm sən olmadan

Bu dünyada, sənlə bir ömrüm eşqlə doymadan?

- It's already the end -