background cover of music playing
Görmədim - Amina

Görmədim

Amina

00:00

03:04

Song Introduction

Hazırda bu mahnı haqqında məlumat hələ mövcud deyil.

Similar recommendations

Lyric

Mən bu dünyada ədalət görmədim ki, görmədim

Dözdüm hər zülmə səadət görmədim ki, görmədim

Hər gün daha çox tarıma çəkilir həyat bağlarım

Çətinə düşməmiş görünmür heç kimin iç üzü

Və daha çox dəyərə minir keçmiş çağlarım

Tanıyıram, insanların iki üzü var, dövranınsa var üç üzü

Çoxdan qar götürüb üstünü güvənilən dağların

Görən hər kəs yumub gözün

Mən sənə qəmxarikən sən həmdəm oldun özgəyə

Bel büküldü, üz qırışdı, sal nəzər hər cizgiyə

Turi ömrüm keçdi hicranında, baxdım güzgüyə

Gəncliyimdən bir əlamət görmədim ki, görmədim

Mən bu dünyada ədalət görmədim ki, görmədim

Dözdüm hər zülmə səadət görmədim ki, görmədim

Mən bu dünyada ədalət görmədim ki, görmədim

Dözdüm hər zülmə səadət görmədim ki, görmədim

Axtardım – tapa bilmədim

Ona görə qapandım içimə mən

Öyrəndim – kəşf etdim özümü

İllər boyu bələdəm gücümə mən

Dərs oldu – hər səhvim

Ödədim zamanla əvəzini, gücləndim

Bəs oldu – deyəcək qədər səhv etdim

Hazıram hücuma mən

Eşqimi qəlbimdə bilməzdim qərib eylər fələk

Hər nə qədri aşinalar var rəqib eylər fələk

Çox ümid etdim ki, xoş günlər nəsib eylər fələk

Gözlədim saətbə saət, görmədim ki, görmədim

Mən bu dünyada ədalət görmədim ki, görmədim

Dözdüm hər zülmə, səadət görmədim ki, görmədim

- It's already the end -